İsrailin Nyu-Yorkdakı baş konsulu işdən qovuldu

İsrailin Nyu-Yorkdakı baş konsulu işdən qovuldu

Daha əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir dərhal vəzifəsindən azad edilib.

“Asəf Zamir Tvitterdə istefasını elan edib, lakin qeyri-müəyyən müddətə qədər vəzifədə qalmaq istəyib. Dərhal onu işdən kənarlaşdırmaq qərarına gəldim.

Siyasi partiyalardan birinin tərəfində olan diplomat bir gün də İsrail dövlətini təmsil edə bilməz. Gələcək fəaliyyətində uğurlar...”, - deyə Ə.Koen bildirib.

Xəbəri paylaş

VİDEOLAR