İsrailin müdafiə naziri: Suriya İranın Vyetnamı olacaq

İsrailin müdafiə naziri: Suriya İranın Vyetnamı olacaq

Naftali Bennett dünən Qüdsdə qatıldığı konfransda İranın Suriya və Livandakı hərbi varlığı ilə bağlı fikirlərini bildiib.

İsrailin müdafiə naziri Naftali Bennett dünən Qüdsdə qatıldığı konfransda İranın Suriya və Livandakı hərbi varlığı ilə bağlı fikirlərini bildiib.

Rasthaber Azərbaycan xəbər verir ki, İranın hərbi fəaliyyətlərinin İsraili Suriyanı İranın Vyetnamına çevirməyə məcbur etdiyini qeyd edən Bennett, İranın Suriya və Qəzzada bazalar qurmağa çalışdığını iddia edib.

İsrailin müdafiə naziri, İranın İsraili “məhv etmək” istədiyini önə çəkərək, hər hansı bir hücum durumunda güclü bir əks-hücum həyata keçirəcəklərini deyib.

Bennett ölkəsinin 2020-ci ildə daha böyük təhdidlərlə qarşı-qarşıya qalacağını və İsrail Silahlı Qüvvələrinin Suriya, Livanda ya da Qəzzadan gələn hər cür təhdidə hazır olduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR