İsrailin mərkəzində Netanyahu əleyhinə etiraz: "Bizi axmaqlar idarə edir"

İsrailin mərkəzində Netanyahu əleyhinə etiraz:

İsrail ordusunun Qəzzada həyata keçirdiyi qətliam 3 aydır davam edərkən, minlərlə insan İsrailin paytaxtı Təl-Əvivdə toplaşaraq baş nazir Binyamin Netanyahunun vəzifədən alınması və erkən seçkilərin keçirilməsi tələbi ilə nümayiş keçirib.

Az.rasthaber.com xəbər verir ki, nümayişçilər əllərində "Bizi axmaqlar idarə edir" və "(İsrailli) Qəzzada məhbuslar 92 gündür əziyyət çəkir, Netanyahu və (Benni) Gantzın vecinə deyil" yazıları və "İndi seçki" kimi şüarlar səsləndiriblər.

Nümayişin keçirildiyi Həbimə meydanında quraşdırılan nəhəng ekranda “İndi yeganə ümidimiz seçkilərdir” mesajı diqqət çəkib.

İsraildə son sorğular Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının səslərinin yarıya qədər azaldığını göstərir.

Xəbəri paylaş

VİDEOLAR