İsrailin Meksikadakı səfirliyi qarşısında Fələstinə dəstək nümayişi

İsrailin Meksikadakı səfirliyi qarşısında Fələstinə dəstək nümayişi

Meksikanın paytaxtı Meksikada sionist İsrail səfirliyi qarşısında keçirilən Fələstinə dəstək nümayişləri zamanı baş verən hadisələrdə 6 polis əməkdaşı yaralanıb, bəzi nümayişçilər saxlanılıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail səfirliyi qarşısına toplaşan nümayişçilər Fələstinə dəstək üçün Meksika hökumətindən qatil İsraillə diplomatik əlaqələri kəsməsini istəyiblər.

Fəallar işğalçı İsrail hökumətinə də reaksiya göstərərək, qatil İsrail səfirliyinə yanar əşyalar, tüstü bombaları və daşlar atıblar.

Sionist İsrailin Rafah şəhərində məcburi köçkün fələstinlilərin düşərgəsinə etdiyi hücumu “qırğın” kimi qiymətləndirən etirazçılar dəmir baryerləri aşmağa çalışıblar. Polis qalxanları ilə nümayişçilərin qarşısını alıb.

“Soyqırımları müdafiə etməyin” kimi şüarlar səsləndirən fəallar səfirliyin qarşısındakı qoruyucu hasarları aşmağa çalışıblar.

Hadisələr zamanı 6 polis əməkdaşının yaralandığı, çoxlu sayda etirazçının saxlandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR