Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya və Misir İsrailin Livana qarşı başlatdığı hücumlara qarşı olduqlarını və baş verənlərdən narahat olduqlarını bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Livan ərazisində təhlükəsizliklə bağlı proseslərin böyük narahatlıqla izləndiyi bildirilib.
Bəyanatda bölgədə şiddətin genişlənməsinin bölgənin təhlükəsizliyi və sabitliyinə təsirləri ilə bağlı xəbərdarlıq edilib.
BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında İsrailin Livanın cənubuna hücumlarından narahat olduğu bildirilib.
Açıqlamada qan tökülməsinin qarşısını almaq üçün beynəlxalq səylərin bir araya gəlməsi lazım olduğu bildirilib və mülki şəxslərin təhlükəsiz olması lazım olduğu qeyd edilib.
Həmçinin, mübahisələrin zorakılıq əvəzinə, münaqişə və gərginlik dilindən uzaq, diplomatiya yolu ilə həllinin vacib olduğu bildirilib.
İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi isə açıqlamasında Livanın yanında olduqlarını və “İsrailin hücumlarında təmkinli olmağa” çağırıb.
Hesabındakı yazısında
Digər tərəfdən İordaniya xəbər agentliyi Petra, Kral II Abdullahın Livanın baş naziri Naguib Mikati ilə telefon danışığı keçirdiyini və ölkəsinin Livanın yanında olduğunu söylədi.
Misir Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı təhlükəli gərginliyini pisləyib.
Nazirlik X platformasında verdiyi açıqlamada qadın və uşaqların da olduğu yüzlərlə livanlının ölümünə səbəb olan genişmiqyaslı hərbi “əməliyyatları” pislədiyini açıqlayıb.
Bəyanatda Misirin Livanın suverenliyi və ərazisinin hər cür pozulmasına tamamilə qarşı olduğu bildirilib və İsrailin bölgədə gərginliyi artırmasının qarşısını almaq üçün beynəlxalq qüvvələr və BMT-ni dərhal müdaxilə etməyə çağırıb.
İspaniya hökuməti sionist İsrailin Livanın cənub və şərqinə hava hücumlarını pisləyib və "yüzlərlə insanın ölümünə səbəb olan bombalı hücumlardan dərin dəhşətə gəldiyini" bəyan edib.
İspaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib:
"İspan hökuməti İsrailin Livanın cənubunda və şərqində həyata keçirdiyi və yüzlərlə insanın ölümünə səbəb olan bombalı hücumları dərin dəhşət və pislədiyini bildirir. zorakılığa son qoyulmalıdır”.