İsrailin keşmiş müdafiə naziri: Dünyada ikinci güclü ordu Hizbullahdadır

İsrailin keşmiş müdafiə naziri: Dünyada ikinci güclü ordu Hizbullahdadır

Dünən İsrailin keçmiş baş naziri və müharibə naziri Ehud Barak bu haqda danışıb

İsrail ordusunun Livanın cənubundan çəkilməsinin 20-ci ildönümündə israilli general, İsrail ordusunun daxili və şimal cəbhələrini müdafiə etmək qabiliyyətini itirdiyini və növbəti müharibədə "Hizbullah"ın raketlərinin işğal altındakı Fələstində minlərlə insanın ölümünə və misli görünməmiş dağıntılara səbəb olacağını vurğulayıb.  

Dünən İsrailin keçmiş baş naziri və müharibə naziri Ehud Barak, Livandan çəkilməsindən peşman olmadığını vurğulayıb və bunun hərbi və siyasi həyatı dövründə verdiyi ən vacib strateji qərar olduğunu söyləyib.

  İsrailin Livanın cənubundan geri çəkilməsinin 20-ci ildönümü münasibətilə "i24news"a açıqlama verən Ehud Barak bildirib ki, "Hizbullah"ın gücünü artıran geri çəkilmə deyildi, Livanda qalmağımız idi. Son 20 ildə "Hizbullah" Livan ordusunun imkanlarından kənara çıxaraq hərbi arsenalını, imkanlarını və silahlanmasını genişləndirdi.   Müsahibədə Ehud Barak eyni zamanda müharibə naziri Aviqdor Libermanın söylədiyi fikirlərə də toxunub:  

""Hizbullah" İsraildən sonra dünyanın ikinci ən güclü ordusudur. "Hizbullah" bu geri çəkilmə səbəbindən böyük bir gücə çevrilmədi, ancaq gücü 2006-cı ildəki müharibədən sonra artdı, çünki İran silahlanmasını İsrail ilə bir tarazlıq üçün çox zəruri hesab edir. "Hizbullah"ın gücü 2006-2011-ci illərdə artdı".   Bununla əlaqədar, işğalçı rejim ordusunun ümumi ehtiyatda olan generalı İshaq Break "Haaretz" qəzetindəki bir məqaləsində belə yazıb:  

"İsrail ordusu növbəti müharibədə daxili cəbhəni müdafiə etmək qabiliyyətini itirib. Daxili cəbhə əvvəlkilərlə müqayisə olunmayan vəhşicəsinə müharibəyə hazır olmalıdır. Bölgədəki qarşıdurmanın qaydaları dəyişib, "Hizbullah" öz arsenalında 200 min raket və minaatanla İsraili məhv edəcəyinə ümid edir. İsrailin son onilliklərdə İranın nəzarəti altında ətrafımıza yerləşdirdiyi 250 min raket və minaatanlara adekvat hərbi reaksiya yoxdur. Növbəti müharibədə İsrailin daxili cəbhəsində hər gün 3000-ə yaxın raketin atılacağı və yüzlərlə kiloqram ağırlığında partlayıcı döyüş başlıqlarının daha böyük partlayıcı gücə sahib olacağı təxmin edilir. Bu fakt nəzərə alınmalıdır. Raketlər minlərlə insanı öldürəcək, minlərlə mülki insanı öldürəcək, mülki infrastrukturu məhv edəcək və qarşı tərəfi darmadağın edəcək".

eastnews

Xəbəri paylaş

VİDEOLAR