İsrailin keçmiş Baş Qərargah rəisindən İranla bağlı etiraf

İsrailin keçmiş Baş Qərargah rəisindən İranla bağlı etiraf

Az.rasthber.com "ParsToday"-a istinadən xəbər verir ki, İsrail rejimi ordusunun Baş Qərargahının keçmiş rəisi Geddi Eyzenhauer İranın PUA sahəsindəki imkanlarını etiraf edib.

"Bir neçə il öncə İran üzərindən uçan ABŞ-ın ən mükəmməl PUA-larından biri qəzaya uğradı", - deyə o bildirib.

"Bir il sonra isə biz İranda oxşar PUA modeli gördük. Tam oxşarını. O, İranda istehsal edilib və bir çox imkanlara sahibdir", - deyə Eyzenhauer qeyd edib.

O deyib ki, söhbət ABŞ-ın istehsal etdiyi RQ170 PUA-sından gedir. Həmin PUA bir neçə il öncə iranlılar tərəfindən naməlum şəkildə heç bir zədə olmadan yerə endirilmişdi.

Xəbəri paylaş

VİDEOLAR