İsrailin hücumlarında ölənlərin sayı 8 min 796-ya yüksəlib

İsrailin hücumlarında ölənlərin sayı 8 min 796-ya yüksəlib

Sionist İsrailin 26 gündür intensiv bombardmanınaa məruz qalan Qəzza zolağında şəhidlərin sayı 271 nəfər artaraq 8 min 796 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, sionist qatillərin hücumlarında şəhid olanların sayının 8 min 796 nəfərə çatdığı, onlardan 3 min 648 nəfərinin uşaq, 2 min 290 nəfərinin qadın olduğu açıqlanıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Dr. Eşref Əl-Kudre bu gün keçirdiyi mətbuat konfransında işğalçı qüvvələrin hücumları nəticəsində 22 min 219 nəfərin yaralandığını, bundan başqa nazirliyə 2030 itkin düşmüş adamla bağlı məlumat daxil olduğunu və onların da dağıntılar altında qaldığı təxmin edildiyini və əksəriyyətinin uşaqlar olduğunu bildirib.

Əl-Kudre işğalçı qüvvələrin hücumlarında indiyədək 132 tibb işçisinin həyatını itirdiyini, 16 xəstəxananın isə ya işğalçıların hücumları, ya da yanacaq çatışmazlığı səbəbindən xidmətdən çıxarıldığını və bildirib ki, bunlardan sonuncusu xərçəng xəstələrinə xidmət göstərən ixtisaslaşmış xəstəxana olan Türk-Fələstin Dostluq Xəstəxanasıdır.

Dünən günorta saatlarında Cibaliya Qaçqınlar Düşərgəsinə edilən hücumda ən azı 100 nəfər ölüb, 400 nəfər yaralanıb və dağıntılar altından çıxarılıb. Ancaq dünən axşam verilən açıqlamalarda hələ də dağıntılar altından çıxarıla bilməyən yüzlərlə insanın olduğu bildirilib.

Yerli mənbələr, işğalçı təyyarələrin 20 raket və 6 Amerika bombası atdığını, bunun da geniş miqyaslı dağıntılara səbəb olduğunu, 20 binanın hücumlarda hədəf alındığını və sakinlərin üzərinə çökdüyünü bildirdi.

Qəzza Daxili İşlər Nazirliyinin sözçüsü İyad Əl-Bazm, işğalçı qüvvələrin hədəf aldıqları məhəllədəki evlərə 1000 kiloqramlıq iri bombalar atdığına diqqət çəkib.

Qeyd edək ki, Cibaliya Qaçqınlar Düşərgəsi Qəzzada əhalinin ən sıx olduğu yaşayış məntəqəsi kimi tanınır.

Xəbəri paylaş

VİDEOLAR