Sionist rejim ordusunun son 3 gündə birbaşa olaraq 8 xəstəxananı bombaladığı və oktyabrın 7-də hücumlar başlayandan bu yana 18 xəstəxananın xidmətdən çıxdığı elan edilib.
Az.rasthaber.com xəbər verir ki, “TRT Haber”in məlumatına görə, hökumətin Qəzzadakı Media İdarəsinin rəhbəri Selame Maruf bölgədəki vəziyyətlə bağlı yazılı açıqlama verib.
Maruf bildirib ki, işğalçı qüvvələr ötən gecə Şifa xəstəxanasının həyətinə və bir müddət əvvəl Nəsr xəstəxanasının girişinə zərbələr endiriblər.
Fələstin rəsmisi bəyan edib ki, İsrail ordusu son 3 gündə 8 xəstəxananı birbaşa bombalayıb, 7 oktyabrda hücumlar başlayandan bu yana 18 xəstəxana xidmətdən çıxıb.
Sionist rejimin xəstəxanaları bombalaması və onları hərbi hədəflərə çevirməsinin beynəlxalq hüquqa görə “müharibə cinayəti” olduğunu vurğulayan Maruf, qorunmalı olan bu obyektlərə hücumlar nəticəsində onlarla insanın həlak olduğunu və yaralandığını qeyd edib.