İsrailin hücumları nəticəsində ölən jurnalistlərin sayı 98-ə yüksəlib

İsrailin hücumları nəticəsində ölən jurnalistlərin sayı 98-ə yüksəlib

İsrailin hücumları nəticəsində ölən jurnalistlərin sayı 98-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza zolağındakı hökumət İsrail ordusunun 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayının 98-ə yüksəldiyini açıqlayıb.
Məsələ ilə bağlı Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.

Açıqlamada Ala Əbu Muammer adlı jurnalistin İsrailin hücumunda həyatını itirdiyi, bununla da oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayının 98-ə yüksəldiyi vurğulanıb.

Açıqlamada Əbu Muammerin harada və necə öldüyü barədə məlumat paylaşılmayıb.

Media Ofisindən daha əvvəl verilən açıqlamada İsrailin Qəzzada jurnalistləri "Fələstinlə bağlı yaydıqları məlumatlara mane olmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilib.

Xəbəri paylaş

VİDEOLAR