Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf Kudra açıqlamasında sionist İsrailin 84 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verib.
Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayı son 24 saatda 187 nəfər artaraq 21 min 507-yə çatıb.
Kudra qeyd edib ki, sionist İsrail qüvvələri son 24 saat ərzində Qəzza zolağında daha 187 fələstinlini şəhid edib, 312 nəfəri yaralayıb.
Səhiyyə Nazirliyinin sözçüsü İsrailin 7 oktyabrdan bəri Qəzzaya təşkil etdiyi hücumlarda şəhid olan fələstinlilərin sayının 21 min 507, yaralıların sayının isə 55 min 915-ə yüksəldiyini qeyd edib.