İsrailin hücumları 143-ü uşaq, 105-i qadın olmaqla 704 fələstinlinin həyatına son qoydu

İsrailin hücumları 143-ü uşaq, 105-i qadın olmaqla 704 fələstinlinin həyatına son qoydu

Fələstin Səhiyyə Nazirliyi Facebook səhifəsində verdiyi yazılı açıqlamada, İsrailin Qəzzaya endirdiyi hava hücumları və İordan çayının qərb sahilindəki hadisələrdə həyatını itirənlərin sayını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bəyanatda 16 ildir ki, bu rejimin mühasirəsində olan sionist rejimin Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayının 143-ü uşaq, 105-i qadın olmaqla 704-ə yüksəldiyi bildirilib.

Açıqlamada, İsrailin hücumlarında təcili yardım maşınlarının qəsdən hədəf alındığı, Qəzzada Beyt Hanun xəstəxanasının hava hücumları səbəbilə xidmətdən çıxdığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR