İsrailin hərbi təyyarələri fələstinlilərin karvanını bombalayıb, 70 nəfər ölüb

İsrailin hərbi təyyarələri fələstinlilərin karvanını bombalayıb, 70 nəfər ölüb

İsrail döyüş təyyarələrinin Qəzza zolağındakı evlərini tərk edənlərin karvanını bombalaması nəticəsində ilkin məlumatlara görə 70 nəfər həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, İsrailin hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər İsrail döyüş təyyarələrinin hədəfinə çevrilib.
Hücum nəticəsində 70 nəfər ölüb, 200 nəfər də yaralanıb.
Bu arada ''Sərhədsiz həkimlər'' təşkilatı Əl-Avda xəstəxanasının təxliyə edildiyini və yaxın saatlarda buranın da İsrail qüvvələri tərəfindən vurula biləcəyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR