İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilində özbaşınalıqlar törətməyə davam edirlər.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, belə ki, sionist qüvvələrin əl-Xəlildən şimalda yerləşən Beyt-Amer qəsəbəsinə müdaxiləsi zamanı onlarla fələstinli xəsarət alıb.
İşğalçı qüvvələr qəsəbəyə soxularkən toksik qazlı qumbaralardan istifadə edib. Nəticədə onlarla insanda boğulma əlamətləri qeydə alınıb.
Bundan başqa 2 gənc fələstinli də tutulub.
Həmçinin Fələstinin digər nöqtələrində də 5 fələstinli tutulub.