İsrailin fəlıəstinlilər üçün tikdirdiyi həbsxanalardakı vəziyyət dözülməzdir

İsrailin fəlıəstinlilər üçün tikdirdiyi həbsxanalardakı vəziyyət dözülməzdir

Sionist mənbələr bildiriblər ki, sionist rejim 1971-ci ildə Sina yarımadasında son dərəcə gizli bir çətir altında heç bir pozuntu halında ittiham edilməyən Qəzza zolağında yaşayan fələstinlilər üçün iki həbsxana inşa edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İsrailin "Haaretz" qəzetinin məlumatına görə, bu həbsxana və təcridxanaların birində müqavimət etməkdə ittiham olunan Fəth hərəkatı üzvlərinin ailə üzvləri həbsdədirlər.

Haaretz yazıb ki, sionist rejim ikinci təcridxanada heç bir ittihamı olmayan işsiz gəncləri həbsə atıb.

Qəzetin yazdığına görə, həmin məhbusların bəziləri heç bir ittiham olmadan aylarla bu təcridxalarda olublar.

Beynəlxalq Qızıl Xaç Təşkilatı bu həbsxana və təcridxanalardakı şəraiti  "dözülməz" adlandırıb.

Məlumata görə, birinci təcridxana Sinanın mərkəzində, ikincisi isə Süveyş körfəzində yerləşir.

Hazırda sionist rejim məhbəslərində 4700 fələstinli əsir vardır ki, onların 250 nəfəri uşaq, 47 nəfəri isə qadındır.

Xəbəri paylaş

VİDEOLAR