Fələstin Qüds İşləri Nazirliyi fanatik yəhudi mühacirlərin Məscidül-Əqsaya təzyiqlərini dayandırmaq üçün təcili beynəlxalq müdaxilə tələb edib.
Az.rasthaber.com xəbər verir ki, Qüds İşləri Nazirliyi sionistlərin Əl-Əqsa məscidinə davamlı basqınları ilə bağlı açıqlama yayıb.
Açıqlamada Məscidül-Əqsanı zaman və məkan baxımından bölmək cəhdinin olduğu barədə xəbərdarlıq edilib.
Qüds İşləri Nazirliyi, Məscidül-Əqsada namaz qılan müsəlmanların yəhudi köçkünlər tərəfindən hər cür hücum və həbslərə məruz qaldığını, Qüdsdəki yerli və xarici xristianların mülklərinə fanatik yəhudilərin hücumlarının artdığı və bunun müharibə elanı olduğu bildirilmiş, bu hakim və təxribatçı hücumlara təcili beynəlxalq müdaxilə tələb edilmişdir.