İsraildən Ukraynaya silah tədarükünə ilk “yaşıl işıq”

İsraildən Ukraynaya silah tədarükünə ilk “yaşıl işıq”

İsrail Ukraynaya mümkün satış üçün PUA ilə mübarizə sistemlərinin ixracına lisenziyanın verilməsinə razılıq verib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bu, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən bəri İsrailin Ukraynaya silah tədarükünə “yaşı işıq” yandırması ilə bağlı ilk haldır. İsrail daha öncə buna razılıq vermirdi.

“Elbit” və “Rafael” silah şirkətlərinə müvafiq lisenziyalar verilib.

Qərar hələ fevral ayının ortalarında İsrail baş naziri Binyamin Netanyahunun İsrailin Ukrayna böhranına olan münasibəti ilə bağlı mövqeyini yenidən gözdən keçirməsinin fonunda qəbul edilib. İsrail XİN başçısı Eli Koeinin fevral ayındakı Kiyev səfəri Ukrayna prezidenti Vladimir Zelenski üçün lisenziyalara dair qərarın elan edilməsi kimi qeyd olunub.

İsrailin təklif etdiyi sistemlər dronlar üçün texniki maneələrin yaradılmasında və onların vurulmasında istifadə edilə bilər.

Ukrayna rəsmiləri deyirlər ki, ən çox raketəleyhinə sistemlər əldə etmək istəyərdilər.

İsrail tərəfi bildirir ki, təklif edilən sistemlər müdafiə sistemləridir və birbaşa olaraq Rusiya hərbçilərinə qarşı istifadə edilə bilməz.

Xəbəri paylaş

VİDEOLAR