Bildirilib ki, Hizbullah lideri Seyid Nəsrullahın kürəkəni Həsən Kəsir çərşənbə günü gecə sionist İsrailin Dəməşqin Mezzeh rayonunda 3 mərtəbəli binaya həyata keçirdiyi hava hücumunda şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, Kəsirin həm də qatil İsrail ordusunun Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda şəhid olan Hizbullahın yüksək səviyyəli komandiri Məhəmməd Cəfər Kəsirin qardaşı olduğu ifadə edilib.
Ərəb və Livan mətbuatında yer alan xəbərlərə görə, Kasirin şəhadəti Suriya İnsan Haqlarını Müşahidə Qrupu qeyri-hökumət təşkilatı tərəfindən də təsdiqlənib.