İsrail işğal altında tutduğu Qəzza Zolağına elektron cihazlar daxil olmaqla bəzi məhsulların giriş və çıxışını qadağan edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstin Sərhəd Qapıları İdarəsi yanında Məhsul Koordinasiya Rəhbərliyi Komitəsindən bu barədə milumat yayılıb.
Qeyd edilib ki, İsrail daha əvvəl Kerm Əbu Səlim Qapısı üzərindən girişinə icazə verdiyi bəzi məhsulları qadağan edib.
Şərhdə qeyd edilib ki, Qəzzaya 34 növ elektron cihaz və material idxalı və Qəzzadan əl istehsalı taxta məmulatlarının ixracı da qadağan edilib.
İsrail hökuməti isə məsələ ilə bağlı açıqlama verməyib.