İsraildən Hizbullahla bağlı ETİRAF: "Gücümüz yoxdur"

İsraildən Hizbullahla bağlı ETİRAF:

İbranicə “Haaretz” qəzeti İsrail ordusunda Hizbullahın istifadə etdiyi raketləri dayandıracaq sistemə malik olmadığını yazıb.

Az.rasthaber.com xəbər verir ki, Aruri sui-qəsdindən sonra Hizbullah raketlərinin hədəfi olan İsraildən etiraf kimi bir açıqlama gəldi. İsrail ordusunda Hizbullahın istifadə etdiyi raketləri dayandıracaq bir sistem olmadığını yazan Haaretz rejimin çarəsizliyini ortaya qoyub.

Arurinin öldürülməsindən sonra İsrailə raketlər yağdıran Hizbullah hərbi məntəqələri hədəfə alıb. Hücumdan günlər sonra rejim güclərindən etiraf kimi bir açıqlama gəldi.

“Hürriyet”in məlumatına görə, Hizbullahın şənbə günü səhər Meron dağına raket hücumu İsrailin strateji hava bazasını vurub. İsrail ordusu bazar günü hücumların obyektə ziyan vurduğunu və hadisəni araşdırdığını etiraf edib.

Rejimin öndə gedən qəzetlərindən biri olan Haaretz bu inkişafı “İsrail Hizbullah Hücumunun Strateji Hava Bazasına böyük ziyan vurduğunu etiraf etdi” başlığı ilə oxucularına açıqlayıb. Xəbərdə 'İsraildə Hizbullahın istifadə etdiyi tank əleyhinə raketlərin qarşısını ala biləcək bir sistem olmadığı' və ordunun bu cür raket hücumları qarşısında aciz qaldığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR