İsraildən etiraf: Husilərin hücumlarından sonra fəaliyyətlərimiz azalıb

İsraildən etiraf: Husilərin hücumlarından sonra fəaliyyətlərimiz azalıb

İşğalçı İsrailin cənubundakı Eylat limanının baş direktoru Gideon Qolber Yəmənin Ənsarullah Hərəkatının Qırmızı dənizdə onlarla əlaqəli və ya əməkdaşlıq etdiyi gəmilərə qarşı hücumlara başlamasından sonra limanın fəaliyyətinin 85 faiz azaldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail dövlət televiziyasının xəbərinə görə, Eylat Limanının baş direktoru Qolber deyib: Eylat limanının fəaliyyəti Qırmızı dənizdə husilərin hücumlarının başlamasından bu yana 85 faiz azalıb.

Yəmən Ənsarullah Hərəkatı Qəzzada müqaviməti dəstəkləmək üçün sionist rejimin Qəzzə xalqına qarşı həyata keçirdiyi vəhşi hücum və qətliam dayanana qədər sionist rejim və bu rejimə bağlı gəmiləri hədəf alacaqlarını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR