İsraildən etiraf: HƏMAS məğlub olmayacaq!

İsraildən etiraf: HƏMAS məğlub olmayacaq!

Sionist Rejim Müharibə kabinetinin üzvü Gideon Saar bildirib ki, HƏMAS hələ də ayaqdadır və məğlub olmaqdan uzaqdır.

Az.rasthaber.org xəbər verir ki, Saar, işğalçı İsrail ordusunun radiosunda gündəmlə bağlı qiymətləndirmələr etdi.

Sionist Rejim Müharibə kabinetinin üzvü Saar deyib:

“Əgər kimsə HƏMAS hakimiyyətinin Qəzza zolağında mövcud olduğu halda ona alternativin meydana çıxacağını düşünsə, bu baş verməyəcək.

Təl-Əviv rəhbərliyi Qəzzaya hücumlarda HƏMAS-ın “aradan çıxarılması” və israilli məhbusların geri qaytarılması kimi hədəflərə əməl etməlidir”.

Xəbəri paylaş

VİDEOLAR