İsraildən ABŞ-a qarşı şok ittiham!

İsraildən ABŞ-a qarşı şok ittiham!

İşğalçı İsrail hökuməti ABŞ-ı məhkəmə islahatlarına qarşı İsraildəki etirazları maliyyələşdirməkdə ittiham edir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə “Tayms of İsrael” qəzeti məlumat yayıb.

"Bu etiraz milyonlarla dollar cəlb etməklə maliyyələşdirilir və təşkil edilir. Bütün nümayişçilərin nizamlı şəkildə paylandığı mütəşəkkil bir mərkəz var. Nəqliyyatı, bayraqları, mərhələləri kim maliyyələşdirir? Bu, bizə aydındır”, - nəşr yüksək rütbəli hökumət rəsmisinin sözlərini sitat gətirib.

Qeyd edək ki, artıq onuncu həftədir sionist rejim sakinləri Netanyahu hökumətinin məhkəmə islahatlarına etiraz edirlər.

Xəbəri paylaş

VİDEOLAR