İsraildə nazirlər zirzəmidən çölə çıxmağa qorxurlar - İclaslar da...

İsraildə nazirlər zirzəmidən çölə çıxmağa qorxurlar - İclaslar da...

İsrail mediası artıq Netanyahu ilə bağlı gülməli xəbər başlıqları seçirlər.

Rasthaber Azərbaycan xəbər verir ki, oktyabrın 28-nə planlaşdırılan hökumət iclası Netanyahunun Tel-Əvivdəki ofisində və ya Tel-Əviv Kiriya kompleksində keçirilməyib.

Bu xəbərləri İsrail KİV gülməli başlıqlarla verirlər. Onlardan biri "Netanyahu nazirləri yerin altında yığacaq" diqqət çəkib.

Qeyd olunur ki, israilli nazirlər qorxularından zirzəmilərdən çölə çıxmaq istəmirlər.

28 oktyabrda keçirilməsi planlanan iclasın da çox güman buna görə baş tutmadığını ehtimal etmək olar.

Məlumata görə, iclas son anda Qüdsdə xüsusi mühafizə olunan hesab edilən “Genery 2” hökumət binasına köçürülüb.

Mənbələr təhlükəsizlik səbəbi ilə hökumətin iclaslarının yaxın gələcəkdə daimi bir yerdə keçirilməyəcəyini bildirib.

Buna səbəb İranın İsrailin hücumunun qisasını almaqla hədələmələri, həmçinin Netanyahunun Qeysəriyyədəki ailə malikanəsinə uçan pilotsuz təyyarə olub.

Bununla bağlı qeyd olunub ki, “nazirlərə və digər güc strukturları əməkdaşlarına qarşı qarşı davamlı sui-qəsd təhdidləri fonunda” onların təhlükəsizliyi xeyli gücləndirilib.

Nazirlər tədbirin başlanmasından bir neçə saat əvvəl məkanın dəyişdirilməsi ilə bağlı mesajlar alıblar. Onlara həmçinin bildiriblər ki, məclis üzvlərinə giriş qadağan edilib. Məlumatda bunun səbəbi  bunkerin hökumət başçısının kabineti qədər geniş olmaması göstərilib.

Xəbəri paylaş

VİDEOLAR