İsraildə koronavirusa yoluxanların sayı 300-ü keçdi

İsraildə koronavirusa yoluxanların sayı 300-ü keçdi

İsraildə koronavirusun sürətlə yayılması sionist rəsmiləri ciddi narahat edib

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, bu gün rəsmi olaraq 303-cü  şəxsdə koronavirus - Covid19 aşkarlanıb.

İsrail mediasına yaymasına icazə verilən məlumatda qeyd edilir ki, 50 min insan bu xəstəlik şübhəsilə karantinə salınıb.

Məlumatda qeyd edilir ki, xəstələrdən 4 nəfər ölüm ayağındadır, 5 nəfər isə sağalıb, lakin həkim müşahidəsi altındadırlar.

İsrailin səhiyyə nazirliyi insanlara evlərini tərk etməməyə çağırıb.

Qeyd olunur ki, təkcə dünən 16 tibb işçisində koronavirus aşkar edilib. 2 min tibb işçisi karantin səbəbindən fəaliyyətlərini dayandırmağa məcbur olublar.

Onuda qeyd edək ki, Avropa İsrail ilə bütün hava rabitəsini ləğv edib. 5 martdan bu proses davam edir və İsrailə daxil olan hər kəsin karantinə salınması, bura səfərləri tam saxlayıb.

Digər məlumatlarda İsrail ordusunda koronavirusun yayılması qeyd olunur. İsrail mediasına qoyulan senzuraya görə, İsrail ordusunda bu xəstəliyə yoluxanların sayının nə qədər olduğu dəqiq deyil.

Xəbəri paylaş

VİDEOLAR