İsraildə koronavirusa yoluxanların sayı 16,6 mini keçib

İsraildə koronavirusa yoluxanların sayı 16,6 mini keçib

İsraildə son sutka ərzində 19 nəfər yeni növ koronavirusa yoluxub.

 Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 16 608-ə çatıb. Daha iki koronaviruslu xəstə isə dünyasını dəyişib. İndiyədək 268 nəfər virusdan ölüb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 3485 (-34) koronavirusa yoluxmuş xəstə var, onlardan 59-u ağır vəziyyətdədir, 49 xəstə isə süni tənəffüs aparatına qoşulub. Ümumilikdə 12 855 nəfər sağalıb.

Xəbəri paylaş

VİDEOLAR