İsrail rejimi KİV-i Netanyahunun müdafiə naziri Yoav Qalantı işdən çıxarmağa hazırlaşdığını bildirib.
Sionist rejimin "Kan News" kanalı yazıb:
“Son günlər İsrailin baş naziri Benyamin Netanyahu və onun yaxın müşavirləri Yoav Qalantın vəzifədən uzaqlaşdırılması ilə bağlı müzakirələr aparıblar”.
Nəşr yazıb ki, Netanyahu müdafiə nazirini vəzifəsindən uzaqlaşdırmağı "düşünür". Bu xəbər elə bir zamanda nəşr edilib ki, Netanyahu son 9 ayda ən azı 38.295 fələstinlini qətliam etməsinə baxmayaraq Qəzza müharibəsi ilə bağlı elan etdiyi hədəflərə hələ də çata bilməyib!