Sionist İsrailin dövlət orqanları İranın cavab hücumları nəticəsində dəyən maddi ziyana görə təqribən 39 min nəfərin təzminat üçün müraciət etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İranın həyata keçirdiyi raket hücumlarından sonra qatil İsrail geniş miqyaslı zərər qiymətləndirmə prosesinə daxil olub.
Səlahiyyətlilər, İrandan atılan raketlər nəticəsində zədələnmiş strukturlara və infrastruktura görə ümumilikdə təxminən 39 min təzminat müraciətinin alındığını açıqladı.
Sionist İsrail mediasında yer alan xəbərə görə, iyunun 13-dən bəri hökumətə bağlı Təzminat Fondu Mərkəzinə ümumilikdə 38 min 700 təzminat müraciəti edilib.
Bildirilib ki, bu müraciətlərdən 30 809-u binaya, 3 713-ü avtomobillərə, 4 085-i isə avadanlıqlara ziyan vurulması ilə bağlı olub.
Xəbərdə "hücumlarda zərər görən on minlərlə bina üçün hələ də təzminat müraciəti edilmədiyi" ifadə edildi.
İvrit xəbər saytı bildirib ki, təzminat üçün müraciət edənlərin təxminən 25,000-i Təl-Əvivdən, təxminən 10,800-ü isə Askalandandır.
Sionist İsrailin "Kanal 7" televiziyası bundan əvvəl İranın raket zərbələri nəticəsində evlərinə ciddi ziyan dəymiş 10 min 630 nəfərin evlərindən təxliyyə edildiyini bildirmişdi.