Burada hazırda 7163 nəfər koronaviruslu xəstə var.
İsraildə koronavirusa yoluxanların sayı 76 nəfər artaraq, ümumilikdə 15 946-ya çatıb. Üç nəfər virusdan ölüb, ölənlərim ümumi sayı 222 nəfərdir.
Rasthaber Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin cümə axşamı, saat 20:00-a olan olan məlumatına görə, hazırda 7163 nəfər koronaviruslu xəstə var. Ağır vəziyyətdə olanların sayı 105 nəfərə enib, onlardan 82 nəfər süni tənəffüs aparatına qoşulub.