İsraildə 1 gündə 8 nəfər koronavirusa yoluxdu və ümumi say 50 nəfərə çatdı

İsraildə 1 gündə 8 nəfər koronavirusa yoluxdu və ümumi say 50 nəfərə çatdı

İsraildə koronavirusun sürətlə yayılması sionist rəsmiləri ciddi narahat edib

Rasthaber Azərbaycan xəbər verir ki, dünən rəsmi olaraq 50-ci şəxsdə koronavirus - Covid19 aşkarlanıb.

İsrail mediasına yaymasına icazə verilən məlumatda qeyd edilir ki, dünən bir gündə 8 nəfərdə koronavirus təsbit edilib.

Məlumata görə, xəstəliyə yoluxanlar koronavirus xəstələrilə ünsiyyət zamanı yoluxublar.

Lakin onların ünsiyyət etdikləri şəxslərin koronavirusla bağlı karantində olub, olmadığı haqqında məlum deyil.

Xatırladaq ki, 5 mart tarixindən isə Avropanın bir çox şirkətləri İsrailə uçuşları dayandırıb.

Lufthansa (7100 reys), Austrian Airlines, Swiss Air, Air France, Alitalia, Iberia İsrailə təyyarə reyslərini ya tamamilə ləğv, ya da ciddi sürətdə azaldıb.

Buna səbəb olaraq İsraildə koronavirusun yayılması, həmçinin hər kəsin karantinə salınması göstərilir.

Qeyd edək ki, İsrail koronavirusla bağlı məlumatları tam ictimaiyyətlə bölüşmədiyi ehtimal olunur. Çünki, İsrail ciddi olaraq bu cür məsələlərdə məlumatın ictimaiyyətə və mediaya ötürülməsinin qarşısını almaqla yanaşı, KİV-ə senzura tətbiq edir.

Bu arada İsrail  xarici səfərlərdən gələn bütün turistləri karantinə salır. Həmçinin hərbçilərin də orduya dönmələrinə icazə verilmədiyi önə çəkilir. (islamazeri.com)

Xəbəri paylaş

VİDEOLAR