İşğalçı sionist İsrail Müdafiə Qüvvələri Yəmənin Ənsarullah hərəkatının nəzarətində olan Səna və Hudeydə şəhərlərindəki hədəflərə hava zərbələri endirib.
Az.rasthaber.com xəbər verir ki, hücumlar husilərin lideri Əbdülməlik əl-Husinin çıxışı zamanı həyata keçirilib.
İşğalçı Sionist İsrail Müdafiə Qüvvələrinin hücumu təsdiqlədiyi bəyanatda aşağıdakı cümlələr yer alıb:
Bu yaxınlarda Müdafiə Baş Qərargah rəisi, müdafiə naziri və baş nazir tərəfindən əməliyyat planlarının təsdiqindən sonra IAF döyüş təyyarələri Yəmənin qərb sahili və daxili hissəsində husi rejiminə aid hərbi hədəflərə kəşfiyyat əsasında hücumlar həyata keçirib. Husilər dəfələrlə İsrail dövlətinə və onun vətəndaşlarına, o cümlədən PUA və İsrail ərazisinə qarşı yerdən-yerə raket hücumları edib.
Hədəflər arasında Səna Beynəlxalq Hava Limanındakı hərbi infrastrukturların və Ənsarullahın hərbi fəaliyyətləri üçün istifadə etdiyi Haziz və Ras Kanatib elektrik stansiyalarının olduğu, həmçinin Əl Hudeydə və Səlifdəki hərbi infrastrukturların da vurulduğu bildirilib. Yəmənin qərb sahilləri də vurulub.
İsrail mətbuatında yer alan xəbərə görə, Əsnarullah lideri Əbdülməlik əl-Husi Yəməndə çıxış edərkən, İsrail Hudeydə şəhəri və Yəmənin paytaxtı Sənaya hava hücumu təşkil edib. 100 döyüş təyyarəsinin istifadə edildiyi iddia edilən hücumlarda əsas hava limanının uçuş-enmə zolağı, nəzarət qülləsi və Səna beynəlxalq hava limanındakı təyyarələr hədəf alınıb. İsrailin 14 kanalı Sənadakı hava limanının idarəetmə qülləsinin dağıdıldığını və hava limanının sıradan çıxdığını bildirib.
Jerusalem Post, hücumun İsrail tərəfindən ABŞ-ın xəbəri ilə həyata keçirildiyini iddia edib. Hava limanında baş verən yanğın və dağıntı Sky News Arabia tərəfindən yayımlanan görüntülərdə müşahidə edilib.