29.08.2021 12:10:23
Bu barədə Qəzzadakı Fələstin Müqavimət Qruplarının Birgə Əməliyyat Mərkəzi bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, Qəzzadakı Fələstin müqavimət qruplarının birgə əməliyyat mərkəzi İsrailə verilən vaxtın bitdiyini açıqlayıb.
Müqavimət qrupları, sionist rejimə verilən vaxtın bitdiyini və Qəzza mühasirəsində hər hansı bir dəyişiklik edilmədiyini bildiriblər.
"Qəzzanın şərqindəki "Gecə nifrəti əməliyyatları" bu gündən (şənbə) etibarən mərhələli şəkildə başlayacaq, bazar günündən etibarən yanğın və partlayıcı şarlar sahəyə geri dönəcək", -deyə Qəzzadakı Fələstin müqavimət qruplarının birgə əməliyyat mərkəzinin məlumatında deyilir.
Mərkəz, sionist rejimi fələstinli gənclərə hücum etməməsini tövsiyə edərək, belə bir cinayət edilərsə, fikirləşmədikləri ağır bir cavab veriləcəyini qeyd edib.