İsrail tərəfindən öldürülən humanitar yardım işçilərinin sayı 196-ya çatıb

İsrail tərəfindən öldürülən humanitar yardım işçilərinin sayı 196-ya çatıb

BMT oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin ərazilərində İsrail tərəfindən öldürülən humanitar yardım işçilərinin sayının 196-ya çatdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

Təcili olaraq humanitar atəşkəslə bağlı çağırış etdiklərini təkrarlayan Dujarrik BMT-nin Yenidənqurma və Humanitar Məsələlər üzrə Baş Koordinatoru Siqrid Kaqın İsrailin hava hücumundan bir gün əvvəl “World Central Kitchen” (WCK) adlı humanitar yardımla məşğul olan təşkilatının ölən işçiləri ilə görüşdüyünü bildirib.

Stefan Dujarrik Kaqın hücumdan dəhşətə gəldiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verdiyini qeyd edib.

Stefan Dujarrik humanitar yardım işçilərindən əldə etdikləri məlumatlara istinad edərək, oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin torpaqlarında həlak olan humanitar yardım işçilərinin sayının 196-ya çatdığını açıqlayıb.

Stefan Düjarrik bildirib ki, Qəzza humanitar işçilər üçün dünyanın ən təhlükəli yeridir.

Jurnalistin ''BMT Baş katibi Antonio Quterreşin mesajı nədir?'' şəklindəki sualını cavablandıran Stefan Dujarrik deyib: "Baş katibin mesajı çox aydındır. Humanitar yardım işçilərinin işlərini görmələrinə icazə verin. Bunu təhlükəsiz şəkildə yerinə yetirsinlər".

İsrailin “World Central Kitchen” əməkdaşlarına etdiyi hücumla bağlı araşdırmanın başladığını və nəticələri gözlədiklərini açıqlayıb.

Bölgədə çox sayda BMT əməkdaşının da öldürüldüyünü qeyd edən Dujarrik, bu insanların daha əvvəl İsrail rəsmiləri ilə əlaqə saxlayaraq bildirilən yerlərdə öldürüldüyünü söyləyib.

Xəbəri paylaş

VİDEOLAR