Sionist rejimin Suriyanın cənub bölgələrində həyata keçirdiyi pilotsuz təyyarə hücumunda 3 nəfər şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, sionist işğalçı ordunun Suriyanın cənubundakı Quneytranın “Xan Ərnəbə” bölgəsinin şərqində bir avtomobili hədəfə aldığı açıqlanıb.
Hücum zamanı iki əsgər və bir mülki olmaqla ümumilikdə 3 nəfərin şəhid olduğu bildirilib.
Bildirilib ki, sionist rejimin Quneytranın cənubundakı “Ər-Rafid” kəndinin əkinçilik sahələrinə artilleriya hücumu nəticəsində bir fermer ağır yaralanıb.