Sionist İsrail Suriyaya hücum etdi.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın SANA dövlət agentliyi bu gün səhər saatlarında İsrailin paytaxt Dəməşqin çölündə, Suriya-Livan sərhədinə yaxın bir bölgədəki hərbi obyektə hücumu nəticəsində 5 suriyalı əsgərin həyatını itirdiyini açıqlayıb.
Qatil İsrail, Suriyaya qarşı əvvəlki hücumlarında da hərbi obyektləri və limanları hədəf aldığını və bunun nəticəsində çoxlu mülki vətəndaşın ölümünə səbəb olduğunu iddia edib.