Bildirilib ki, sionist İsrail ordusu Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətinə hücum edib.
Az.rasthaber.com xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA İsrail ordusunun Homs əyalətinin cənubundakı Hasye rayonundakı avtomobil zavoduna hücum etdiyini bildirib.
Xəbərdə hücumda maddi ziyanın olduğu bildirilib.
Sputnik-ə danışan Hasye Sənaye Zonasının direktoru Əmir Xəlil İsrail təyyarələrinin İranın Saipa avtomobil şirkətinin avtomobil zavodunu vurduğunu bildirib.
Xəlil bildirib:
"İsrail Hasye Sənaye Bölgəsindəki Saipa avtomobil fabrikinə hava hücumu təşkil etdi".
Bu arada İsrail məsələ ilə bağlı heç bir açıqlama verməyib.
2011-ci ildə Suriya böhranı başlayandan bəri İsrail İranın dəstəklədiyi qruplara və Suriyadakı Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.