İsrail Suriyaya hava hücumu edib

İsrail Suriyaya hava hücumu edib

Sionist İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin çölündə yerləşən Sasa bölgəsinə hava hücumu zamanı Əsəd dövründən qalma silahları hədəfə aldığını iddia edib.

Az.rasthaber.com xəbər verir ki, soyqırım törədən İsrail Müdafiə Qüvvələri (IDF) yazılı açıqlama yayaraq, gecə saatlarında Suriyanın cənubuna hava hücumu təşkil etdiklərini açıqlayıb. Ordudan verilən açıqlamada hücumun paytaxt Dəməşqin çölündə Sasa bölgəsində həyata keçirildiyi bildirilib.

Açıqlamaya görə, hücumda Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi cihadçı qrupların 8 dekabr 2024-cü ildə paytaxt Dəməşqə nəzarəti ələ keçirməsindən sonra devrilən Bəşər Əsəd rejimindən qalan silahlar hədəf alınıb. Bəyanatla birlikdə hava hücumunun görüntüləri də paylaşılıb. İsrail ordusu Suriyaya tez-tez hava zərbələri endirərək, cihadçı qrupların ölkəyə nəzarəti ələ keçirməsindən sonra Əsədin ölkədən Rusiyaya qaçdığı zamandan qalan silahları hədəf aldıqlarını bildirib.

ABŞ-ın “Planet Labs PBC” şirkəti tərəfindən təqdim edilən və “Haaretz” qəzetinin dərc etdiyi peyk görüntüləri İsrail ordusunun Suriyada işğal etdiyi ərazilərdə hərbi bazalar qurmağa davam etdiyini ortaya qoyub. İsrail ordusunun Suriyada işğal etdiyi ərazilərdə, xüsusilə Şeyx dağı (Hermon) ərazilərində ən azı 7 hərbi baza qurduğu bildirilib. Xəbərdə İsrailin Suriyada işğal etdiyi bölgələrdə uzun müddət qalmaq üçün 2024-cü ilin dekabrında işlərə başladığı və bu işğalın nə vaxt sona çatacağının bəlli olmadığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR