3.01.2025 13:21:44
Sionist rejim Suriyanın Hələb şəhərinin cənub-şərqində yerləşən Sefire bölgəsinə hava hücumu həyata keçirib.
Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Sefire bölgəsindəki hava hücumundan müdafiə bazası və 404 nömrəli anbar sionist rejim qüvvələrinin hava hücumu ilə hədəfə alınıb.
Sefire bölgəsində Bəşər Əsəd hökumətindən miras qalmış müdafiə sənayesi obyektləri və hərbi tədqiqat mərkəzi var.