İsrailin Suriyanın Hama şəhərini raket atəşinə tutması nəticəsində 4 nəfər, o cümlədən uşaqlar həlak olub.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Suriyanın Dövlət televiziyası məlumat yayıb.
Bildirilir ki, sionist rejimin budəfəki hücumunun qurbanları bir ailənin üzvləridir: ata, ana və iki azyaşlı uşaq. Daha 4 nəfər isə yaralanıb.
Raket zərbələri nəticəsində Hamanın qərb hissəsində 3 ev dağıdılıb.
Qeyd edək ki, Suriyanın Havadan Müdafiə Qüvvələri İsrailin bir neçə raketini zərərsizləşdirə bilib.