İsrail döyüş təyyarələri Suriyanın şimal-qərbindəki sahil bölgələrində, o cümlədən Tartus və Latakiya yaxınlığındakı ərazilərdəki hərbi obyektlərə hava zərbələri endirib.
Az.rasthaber.com xəbər verir ki, İsrail qüvvələri Suriyanın şimal-qərbindəki hərbi obyektlərə yeni hava hücumları həyata keçirib.
Yerli Suriya mənbələri bildiriblər ki, zərbələr Suriyanın qərbindəki Tartus şəhəri ətrafındakı əraziləri hədəf alıb.
Məlumatlarda Tartus, Latakiya və digər sahil bölgələrində bir neçə hərbi düşərgələrin bombalandığı bildirilir.
Al Mayadeen yerli mənbələrə istinadən hücumların İsrail rejimi tərəfindən həyata keçirildiyini təsdiqləyib və əsas hədəflərdən birinin Tartusun kənarındakı Blatah hərbi düşərgəsi olduğunu qeyd edib.
Bundan əlavə, İsrailin hava hücumları zamanı Latakiyanın şimalındakı bir neçə hərbi obyekt də hədəfə alınıb.