İsrail Suriya ərazisinə hava zərbəsi endirib.
Az.rasthaber.com xəbər verir ki, Suriya mətbuatında yer alan xəbərlərdə İsrailin Dəməşq Beynəlxalq Hava Limanı və paytaxt yaxınlığındakı bir çox nöqtəyə hava hücumu təşkil etdiyi bildirilib.
Xəbərdə Dəməşq Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının vurulduğu və təyyarələrin Latakiya və Hələbə istiqamətləndiyi qeyd olunub.