İsrail Suriya paytaxtını bombaladı

İsrail Suriya paytaxtını bombaladı

İsrail Dəməşq şəhərinin ətrafına hava zərbələri endirib.

Rasthaber Azərbaycan xəbər verir ki, hücum yerli vaxtla 01:26-da baş verib.

Belə ki, İsrail həmin zərbələri Livanın hava məkanını pozaraq Beyrut istiqamətindən Suriya paytaxtının cənub-şərq ətrafına endirib.

Raketlərin çoxu hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən vurulub, yalnız maddi ziyan dəyib.

Xatırladaq ki, İsrail müntəzəm şəkildə Suriya ərazisinə zərbələr endirir. Rəsmi Dəməşq bu hücumların dayandırılması məqsədi ilə İsrailə təzyiqin göstərilməsi üçün dəfələrlə BMT Təhlükəsizlik Şurasına müraciətlər edib. Bu cür təcavüzkar hücumlar bütün regionun sabitliyi üçün təhlükə mənbəyidir.

Xəbəri paylaş

VİDEOLAR