İsrail ǝsgǝrlǝrinin işğal altındakı İordan çayının qǝrb sahilindǝ hǝqiqi güllǝ ilǝ yaraladığı bir fǝlǝstinli uşaq hǝyatını itirib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu barǝdǝ Fǝlǝstin Sǝhiyyǝ Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib.
Mǝlumatda İsrail ǝsgǝrlǝri tǝrǝfindǝn İordan çayının qǝrb sahilinin Әl-Xǝlil şǝhǝrinin Beyt Ummer bölgǝsindǝ vurulan 12 yaşlı bir fǝlǝstinlinin hǝyatını itirdiyi vurğulanıb.
Mǝlumatda hǝmçinin yaralanan fǝlǝstinlinin edilǝn bütün tibbi müdaxilǝlǝrǝ baxmayaraq hǝyatını itirdiyi qeyd olunub.
Fǝlǝstinin rǝsmi WAFA xǝbǝr agentliyinin fǝlǝstinli aktivist Mǝhǝmmǝd Avada istinadǝn yaydığı mǝlumatda olayın yaşandığı gün Beyt Ummer bölgǝsindǝ hǝr hansı hadisǝnin yaşanmadığı, İsrail ǝsgǝrlǝrinin qǝsdǝn yoldan keçǝn avtomobilǝ atǝş açdığı bildirilib.