İsrail əsgərlərinin güllələdiyi uşaq şəhid oldu - FOTO

İsrail əsgərlərinin güllələdiyi uşaq şəhid oldu - FOTO

İsrail əsgərlərinin işğal altındakı İordan çayının Qərb sahilindəki qanunsuz yəhudi məskunlaşmalarına qarşı nümayişlərə müdaxiləsi zamanı qarnından həqiqi güllə ilə vurulan fələstinli uşaq həyatını itirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İsrail əsgərlərinin işğal altındakı İordan çayının Qərb sahilindəki qanunsuz yəhudi məskunlaşmalarına qarşı nümayişlərə müdaxiləsi zamanı qarnından həqiqi güllə ilə vurulan fələstinli uşaq həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumatda İsrail əsgərləri tərəfindən İordan çayının Qərb sahilinin Ramallah şəhərindəki Nebi Saleh qəsəbəsindəki nümayişlər zamanı vurulan 17 yaşlı Məhəmməd Münir et-Təmiminin həyatını itirdiyi bildirilib.

Fələstin Mülki Xalq Müqavimət Komitəsinin fəalı Basim et-Təmimi dünən verdiyi açıqlamada qanunsuz yəhudi məskunlaşmalarına etiraz etmək istəyən fələstinlilərin Nabi Salih qəsəbəsinin girişində nümayiş keçirdiyini bildirmişdi.

Tamimi İsrail əsgərlərinin həqiqi güllə ilə müdaxilə etdiyi nümayişdə bir fələstinli uşağın qarnından həqiqi güllə ilə vurulduğunu və ağır yaralandığını elan etmişdi. 

İsrail əsgərlərinin Ramallah ilə Nabi Salih qəsəbəsi arasındakı yolu bağladığını bildirən Tamimi bunun nəticəsində ağır yaralanan uşağın məcburi olaraq Selfit şəhərindəki bir xəstəxanaya aparıldığını söyləyib.

Xəbəri paylaş

VİDEOLAR