İsrail əsgərləri tərəfindən yaralanan 15 yaşlı Cenin sakini şəhadətə qovuşdu

İsrail əsgərləri tərəfindən yaralanan 15 yaşlı Cenin sakini şəhadətə qovuşdu

Az.Rasthaber.com xəbər verir ki, İsrailin işğalı altında olan İordan çayının qərb sahilində İsrail hərbçilərinin Cenin şəhərinə basqını zamanı yaralanan 15 yaşlı fələstinli Sedil Naqnagiye həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, iyunun 19-da Cenin şəhərində İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən öldürülən fələstinli mülki vətəndaşların ümumi sayı 7 nəfərə çatıb ki, onlardan ikisi uşaqdır.

İsrail qüvvələri bazar ertəsi İordan çayının qərb sahilində 2002-ci ildən bəri ilk hava hücumlarına başlayıb.

Bundan əvvəl İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi reyd zamanı 6 nəfərin öldüyü, azı 66 nəfərin yaralandığı bildirilirdi. İsrail zirehli transportyorunun fələstinlilər tərəfindən partladılması nəticəsində 7 İDF əsgəri yaralanıb.

Qeyd edək ki, İsrail ordusu İkinci İntifadadan sonra 20 ildən sonra ilk dəfə İordan çayının qərb sahilinə hava hücumu təşkil edib. Zərbə üçün Apaçi tipli helikopterdən (AH-64) istifadə edilib.

İordan çayının qərb sahilində qanlı basqınlar və blokada altında olan Qəzza zolağına endirilən hava zərbələri nəticəsində ilin əvvəlindən bu yana həlak olan fələstinlilərin sayı 174-ə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR