İsrail əsgərləri Şifa xəstəxanasında fələstinli qadınlara təcavüz edib

İsrail əsgərləri Şifa xəstəxanasında fələstinli qadınlara təcavüz edib

Sionist rejim qüvvələrinin mühasirəsində olan Şifa xəstəxanasında bir çox qadının əsgərlər tərəfindən zorlandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim qüvvələri uzun müddətdir ki, Qəzza şəhərində Şifa xəstəxanasını mühasirəyə alıblar.

Xəstəxana binasına basqın edən sionist rejim əsgərləri indiyədək yüzlərlə insanı qətlə yetirib və həbs edib.

Şifa Xəstəxanası hələ də mühasirədə olsa da, bölgədən mülki şəxslərə qarşı pozuntularla bağlı xəbərlər gəlməyə davam edir.

Bölgədə mühasirədə olan və bir müddət əvvəl qaçmağı bacaran fələstinli qadın Cəmilə əl-Hessi Əl-Cəzirəyə müsahibə verib.

Cemilə əl Hessi qeyd edib ki, sionist rejim əsgərləri mühasirə altında xəstəxananın bir çox hissələrini yandırıblar, bəzi ailələr yandırılaraq öldürülüb və onlar şiddətli hücum və bombardmana məruz qalıblar.

Fələstinli qadın bölgəyə heç bir yardımın daxil olmadığını, günlərlə ac və susuz qaldıqlarını bildirib.

Əl Hessi həmçinin sionist rejim əsgərlərinin fələstinli qadınları zorladığını açıqlayıb. Buna uyğun olaraq, sionist rejimin İsrail əsgərləri bəzi qadınlara təcavüz edib, çoxlu sayda qadın saxlanılıb və ya öldürülüb.

Sionist rejimin Şifa xəstəxanasını blokadası hələ də davam edir.

Xəbəri paylaş

VİDEOLAR