İsrail əsgərləri Nablusda daha bir fələstinlini qətlə yetiriblər

İsrail əsgərləri Nablusda daha bir fələstinlini qətlə yetiriblər

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin Bayta qəsəbəsi ərazisində həyata keçirdikləri hücum nəticəsində bir fələstinli həyatını itirib.

Bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, Beyta qəsəbəsi yaxınlığında İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində ağır yaralanan 41 yaşlı Sadi Səlim adlı vətəndaş bütün tibbi müdaxilələlərə baxmayaraq xilas edilə bilməyib.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Beyta Bələdiyyə Başçısı Musa Hamayil də Fələstinli Səlimin işdən evə getdiyi  əsnada şəhid edildiyini, bunun cinayət olduğunu qeyd edib. Musa Hamayilin sözlərinə  görə  İsrail əsgərlərinin sözügedən Fələstinliyə niyə atəş açdıqlarına dair İsrail səlahiyyətlilərindən heç bir izahat verilməyib.

Digər tərəfdən, İsrail əsgərləri, işğal altındakı İordan çayının qərb sahilindəki Tubas şəhərinin Ağvar bölgəsində yəhudi məskunlaşanların su mənbəyini ələ keçirmək cəhdinə etiraz etmək istəyən Fələstinlilərə müdaxiləsi nəticəsində 13 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR