İsrail əsgərləri fələstinliləri zülmlə qətlə yetirməyə davam edir

İsrail əsgərləri fələstinliləri zülmlə qətlə yetirməyə davam edir

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Cenin şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində 9 Fələstin vətəndaşının həyatını itirdiyi, 50 nəfərin yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, İsrail qırıcıları Cenində bir fələstinlinin evini 3 raketlə hədəfə alıb.

Sözügedən hava hücumundan sonra İsrail ordusu tikinti texnikasının müşayiəti ilə şəhərə basqın edərək Cenin Qaçqınlar Düşərgəsini mühasirəyə salıb. Hadisə şahidləri İsrail qüvvələrinin düşərgəyə basqın edərək Fəth Hərəkatının Əqsa Şəhidləri Briqadasının komandirlərindən olan Zəkəriyyə əz-Zəbidinin ailəsinə məxsus evi mühasirəyə aldıqları barədə məlumatı da paylaşıblar.

İsrail döyüş təyyarələrinin bir müddət Cenin Qaçqınlar Düşərgəsini vurmağa davam etdiyini ifadə edən şahidlər, İsrail ordusu tərəfindən də bölgəyə əlavə qüvvələr cəlb olunduğuna diqqət çəkiblər. Fələstinin rəsmi xəbər agentliyi isə hücumda ölənlərdən birinin 21 yaşlı Semih Firas Ebu əl-Vefa olduğunu bildirib. Qeyd edilib ki İsrail əsgərləri yaralıları xəstəxanaya daşımaya çalışan təcili yardım maşınlarının qarşısını alıblar. İsrail təyyarələri çıxış və girişlərə bağlı Cenin Qaçqınlar Düşərgəsi üzərində intensiv uçuşlar həyata keçirib.

Bundan əlavə, İsrail ordusuna məxsus tikinti texnikası bölgədəki yolları dağıdıb və bir çox mülki avtomobili yararsız hala salıb.

İsrail təyyarələri giriş-çıxışa bağlı olan Cenin Qaçqınlar Düşərgəsi üzərində intensiv uçuşlar həyata keçirib.

İsrail ordusu Cenin hücumu ilə bağlı verdiyi yazılı açıqlamada şəhərdə 10-dan çox nöqtəyə hava hücumu təşkil edildiyini və "Cenin briqadası" adlı fələstinli müqavimətçilərə məxsus "ortaq əməliyyat otağı"nın hədəf alındığını bildirib.

İsrail Ordusu Radiosunun məlumatına görə, İsrail qüvvələri basqın çərçivəsində Cenində 20 fələstinlini nəzarətə götürüb.

Xəbəri paylaş

VİDEOLAR