İsrail əsgərlərinin aksiyaçılara açdığı atəş nəticəsində 1 fələstinli həyatını itirib, 3 fələstinli yaralanıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstinlilər İsrailin 15 illik blokadasına etiraz məqsədi ilə Qəzza sərhədində nümayiş təşkil ediblər.
İsrail əsgərləri isə aksiyaçılara gözyaşardıcı qazdan istifadə edərək və atəş açaraq müdaxilə ediblər.
Nəticədə 3 fələstinli yaralanıb, bir aksiyaçı həyatını itirib.
Qeyd edək ki, İsrail May ayında Fələstinlilərin hədəfə götürüldüyü hücumlarından sonra Qəzza Zolağına məhsul girişini əhəmiyyətli nisbətdə məhdudlaşdırıb. Bu da Qəzzada iqtisadi vəziyyətin pisləşməsinə səbəb olub.