İsrail əsgərləri daha bir fələstinli uşağı qətlə yetirib

İsrail əsgərləri daha bir fələstinli uşağı qətlə yetirib

İşğalçı sionist İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 16 yaşlı fələstinli uşağı öldürüb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, işğalçı İsrail əsgərlərinin Nablus şəhərinə basqın zamanı açdığı atəş nəticəsində ürəyindən yaralanan 16 yaşlı Əhməd Əmcəd Şahade həyatını itirib.

Bəyanatda işğalçı sionist İsrail əsgərlərinin Nablusa daxil olmasına mane olmağa çalışan fələstinlilərlə baş verən qarşıdurmada biri ağır olmaqla 5 fələstinlinin yaralandığı açıqlanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada işğal qüvvələrinin bölgədə yaralılara cavab verən tibb işçilərinə də atəş açdığı, güllənin maşınlardan birinə dəydiyi bildirilib.

Digər tərəfdən, Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallar işçiləri işğalçı sionist İsrail əsgərlərinin sıx gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində tənəffüs yollarında şiddətli qıcıqlanma yaranan onlarla insana ilk yardım göstərildiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR